Home » ABŞ-da xam neft ehtiyatları azalıb

ABŞ-da xam neft ehtiyatları azalıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ Enerji İnformasiya İdarəsi ötən həftənin statistikasını özündə cəmləşdirən həftəlik hesabat yayınlayıb. Hesabata görə, ölkədəki xam neft ehtiyatları həftə ərzində 400 min barel azalaraq 426.5 milyon barelə düşüb. Bu isə 0.1% azalma deməkdir. Proqnozlar isə ehtiyatların 2.2 milyon barel artması yönündə idi. Qeyd edək ki, bir öncəki həftə xam neft ehtiyatları 0.8 milyon barel artıb.

Digər tərəfdən isə, ABŞ-ın ticarət üçün nəzərdə tutulmayan strateji xam neft ehtiyatları 1.7 milyon barel (0.3%) azalıb. Benzin ehtiyatları isə 5.4 milyon barel azalaraq 217.7 milyon barelə çatıb.

Gündəlik xam neft idxalı 169 min barel azalmaqla 5.825 milyon barel olub. Gündəlik xam neft ixracı isə əksinə 546 min barel artaraq 3.6 milyon barelə çatıb. Xam neft hasilatı göstəriciləri isə 122 min barel azalıb və gündəlik 11.73 milyon barel səviyyəsində qərarlaşıb. Gələn il isə bu göstəricinin 11.7 milyon barel civarında olması proqnozlaşdırılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.