Home » “Fitch Ratings” SOCAR-ın gəlirlərinin artacağını proqnozlaşdırıb

“Fitch Ratings” SOCAR-ın gəlirlərinin artacağını proqnozlaşdırıb

by bbnadm
0 comment 0 views 1 minutes read

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müstəqil Kredit Profilini (SCP) BB+/Stabil səviyyəsində qiymətləndirib. Bu barədə, agentliyin rəsmi səhifəsində yerləşdirilən hesabatda qeyd edilib.

Hesabata istinadən, şirkətin gündəlik neft hasilatının 277 min barel olması və 12 illik dayanıqlı neft ehtiyatları bazasının olması nəzərə alınıb. Şirkətin qarşısında duran yeganə məhdudlaşdırıcı amil kimi isə, borc yükünün şirkət kapitalına nisbətinin (leverec) yüksək olması göstərilib. Bu isə, spesifik olaraq 2020-ci ildə koronavirus pandemiyasının sürətlə yayılması səbəbindən neftə olan tələbin və əlaqədar olaraq neft qiymətlərinin aşağı səviyyələrdə dövr etməsi ilə əlaqələndirilib.

Hazırda, bir sıra ölkələrin iqtisadiyyatlarının dirçəlməsi ilə neftə tələbatın artması, eləcə də xam neft və yanacaq qiymətləri ilə bağlı proqnozların müsbət yöndə olmasına əsasən, “Fitch Ratings” SOCAR-ın yaxın gələcəkdə gəlirlərinin artacağını proqnozlaşdırıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.