![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
ABŞ Federal Ehtiyat Sistemi uçot faiz dərəcəsini 25 bənd artıraraq 0-0.25 faiz aralığından 0.25-0.50 faiz aralığına yüksəldib. Bu isə, 2018-ci ilin noyabrından etibarən qeydə alınan ilk artım olub.
Komitənin iclası faiz artımı qərarı 8 lehinə, 1 əleyhinə səslə qəbul edilib. İclas əsnasında, il ərzində keçiriləcək növbəti altı iclasda da uçot faiz dərəcəsinin artırılması ilə rəylər bildirilib.
Komitə üzvləri növbəti illər üçün iqtisadi proqnozlarını da yeniləyiblər. Belə ki, dekabrda 2.7% səviyyəsində proqnozlaşdırılan 2022-ci il üzrə inflyasiya proqnozu 4.1% səviyyəsinə yüksəldilib. Sözügedən dövr üçün iqtisadi artım proqnozu isə 4%-dən 2.8%-ə endirilib.
CNBC