Home » ABŞ iqtisadiyyatı üçün vacib həftə qabaqdadır: FES-in yeni qərarı gözlənilir

ABŞ iqtisadiyyatı üçün vacib həftə qabaqdadır: FES-in yeni qərarı gözlənilir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Vaşinqton və ABŞ-ın digər ərazilərində son 4 onillikdə ilk dəfədir ki, yüksək inflyasiya halı müşahidə edilir. İstehlak qiymətləri ildən-ilə artaraq 9,1%-ə çatıb. İnsanlar belə yüksək qiymətlərin onlara maliyyə və emosional cəhətdən zərbə vurduqlarını deyirlər. Rəsmi deyir ki, Ərzaq Bankı insanlara dəstək olur, Virciniya əyalətində isə hər həftə 20-25 nəfər yeni ailə ərzaq dəstəyindən faydalanmaq üçün gəlirlər.

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, statistika bürosunun məlumatında deyilib ki, 2022-ci il iyun ayının göstəricilərinə, əsasən geyimlərin qiyməti 5,2%, təbii qaz 59,95%, ərzağın qiyməti isə 10,4% artıb. İnsanlar yüksək qiymətlər ilə mübarizə aparmaq üçün xərclərində azalmağa gedirlər, məsələn, son bir sorğu göstərib ki, respondentlərin 88%-i benzinin yüksək qiymətlərinə görə, daha az avtomobildən istifadə edirlər.

Son günlər isə ABŞ-da benzinin qiymətində enmə müşahidə edilib, hər qallona (ABŞ-da yanacağın miqdarını müəyyən etmək üçün ölçü vahididir. Hər qallon təxminən 3,79 litrə bərabərdir-red.) görə isə qiymət 4,36 dollardır.   

Belə yüksək inflyasiyaya görə, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) təzyiq altındadır, gözlənilir ki, bu həftə faiz dərəcələrinin artırılması (3-4 faiz bəndi) ilə bağlı yeni qərar qəbul edəcək. Maliyyə konsultantları isə deyirlər ki, borc ödənişlərini aşağı saxlayın, çünki bu il FES faiz dərəcələrini yalnız artıracaq, azalma isə 2023-cü ildən əvvəl görünmür. 

Həmçinin ölkənin 2022-ci ilin iyulun əvvəlində başa çatan ikinci rübünün Ümumi Daxili Məhsul (ÜDM) ilə bağlı göstəriciləri də ABŞ iqtisadiyyatının zəiflədiyi ilə bağlı siqnaldır. Həmçinin bu gün amerikalı biznesmenləri düşündürən ölkədə iqtisadi tənəzzülün olacağı ilə bağlı narahatlıqdır. Amma amerikalılar bəzi ehtiyacları üçün hələ də pul xərcləyirlər, maliyyə və texnologiya sektoru istisna olmaqla işçi qəbulu davam edir. 

Ölkənin prezidenti Co Bayden isə deyir ki, iqtisadi tənəzzül son çıxış yolu deyil: “Biz iqtisadi tənəzzülün şahidi olmayacağıq”. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.