Home » İş yerində xoşbəxt olmağın yolları

İş yerində xoşbəxt olmağın yolları

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Bir insanın gündəlik vaxtının böyük bir hissəsi işgüzar mühitdə keçir. Məsələn, əgər həftənin 168 saatının 40 saatını işləyirsinizsə, bu o deməkdir ki, həftənin 1/4-ni işdə keçirirsiniz. Amma görünən odur ki, hər kəs iş yerində xoşbəxt deyil. 2018-ci ildə analitika şirkəti WeWork-in amerikalılar arasında apardığı araşdırmaya, əsasən onların 48%-i iş yerində xoşbəxt deyil, bu isə 2016-ci il göstəricisindən 6% çoxdur. 

2019-cu ildə CNBC və Survey Monkey şirkəti birgə araşdırma aparıb. Araşdırma dünyanın müxtəlif yerində, fərqli vəzifələrdə çalışan 8500 peşəkarı əhatə edib. Nəticəyə görə, respondentlərin 85%-i öz iş yerlərindən qismən razıdırlar. Onların 30%-i isə son 3 ayda ciddi şəkildə iş yerlərini tərk etmək haqqında fikirləşiblər, səbəb isə bəllidir. Team-ın keçmiş yaradıcısı Zak Holumkvist Insider nəşrinə açıqlamasında deyib ki, “iş yeri stressli mühitdir, amma bu o demək deyil ki, xoşbəxt olmaq olmaz. Məhsuldarlıq və yaradıcılığı artıracaq iş mühiti yaratmaqda isə fayda var”, – o, açıqlamasında deyib. 

Burada Zak Holumkvist də daxil olmaqla bir çox ekspertin iş yerində necə xoşbəxt olmalı sualına cavabları var. 

1. Birinci növbədə şəxsi inkişafınızı düşünün

Həyatdakı bütün təcrübələr kimi, iş yerində xoşbəxt olmaq üçün ilk olaraq işə və həmkarlarınız ilə olan yanaşmanıza baxmaq lazımdır. Şirkətdə vacib olan şəxsi inkişafınız olmalıdır və bu gələcəkdə yaxşı mütəxəssis olmağa kömək olacaq.

2.Sizi nəyin motivasiya etdiyini araşdırın

Bir çoxları ona görə iş yerində xoşbəxt deyil ki, onlar doğrudan da nəyin onları xoşbəxt edəcəkləri haqqında dəqiq bir fikirləri yoxdur. Ona görə də yaxşı olar ki, işgüzar mühitdə olan mövqeyinizə bir daha nəzər salın və motivasiya mənbələrinizi öyrənin. 

3.Enerji auditi aparın və müvafiq dəyişikliklər edin

Növbəti 3 gün ərzində işdəki bütün tapşırıqları qeyd edin və analiz aparın. Daha sonra isə bu tapşırıqlar siyahısına yenidən qayıdın və əlavə dəyişikliklər edib-edəbilməyəcəyinizi araşdırın.   

4.10-15 dəqiqəlik fasilələr yaradın

10-15 dəqiqədən ibarət fasilələr yaradın. Məsələn, çay-qəhvə için, çöldə gəzin, musiqiyə, radioya qulaq asın və s. Əmin olun ki, kifayət qədər fasilədən sonra işi icra etmək üçün tələsəcəksiniz, günün qalan hissəsində isə daha məhsuldar çalışacaqsınız. 

5.“Təbəssüm faylı” yaradın

Özünüzü internetdə tanımadığınız insanlar ilə müqayisəni dayandırın, əvvəlki uğurlarınızı yadınıza salın və onların faylını yaradın.

6.Özünüzə nə üçün burada çalışmalı olduğunuzu xatırladın

Bəzən ilk iş yerinə daxil olmaq üçün çox həyəcanlanırıq, amma sonralar işin stressindən bu motivasiyanı itirmiş oluruq. Amma xoşbəxt olmadığınızı hiss etdiyinizdə dərhal həmin anı yadınıza salın. İnanın, bu sizi daha yaxşı hiss etdirəcək. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.