Home » PAŞA Bank-ın baş maliyyə inzibatçısı: “Əməliyyat xərclərində təxminən 19%-lik bir artım olub”

PAŞA Bank-ın baş maliyyə inzibatçısı: “Əməliyyat xərclərində təxminən 19%-lik bir artım olub”

by bbnadm
0 rəy 4 baxış 1 dəqiqə oxuma

“2022-ci ilin ilk 6 ayında PAŞA Bank-ın əməliyyat xərcləri 57,272 min manat olub. 2021-ci ilin müvafiq dövründə isə bu rəqəm 48.158 min manat idi. Əməliyyat xərclərində cəmi artım isə təxminən 19%, daha dəqiq desək 18.9% olub”.

BBN.az xəbər verir ki, bu haqda bu gün PAŞA Bankın təşkil etdiyi mətbuat konfransında Bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.

Baş maliyyə inzibatçısı qeyd edib ki, 2022-ci ilin ilik 6 ayında xərclərin gəlirə nisbəti 38,93% olub, 2021-ci ilin müvafiq dövründə isə 36,72% idi: “Xərclərin gəlirə nisbəti 6,0% artıb”, – deyə Murad Süleymanov sözlərinə əlavə edib. 

2022-ci ilin ilk yarımilində işçilər üzrə cəmi xərclər 25,187 min manat olub, 2021-ci ilin analoji dövründə isə bu göstərici 21,035 min manat idi: “O, il ərzində işçilər üzrə cəmi xərclərin artımını insan kapitalına investisiyaların PAŞA Bank-ın ən böyük aktivi olması ilə izah edib”.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.