Home » Özbəkistanın əczaçılıq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Özbəkistanın əczaçılıq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

by anar
0 comments 0 views 1 minutes read

Özbəkistanın əczaçılıq sahəsində fəaliyyət göstərən 10-a yaxın şirkətinin nümayəndələri ilə Pirallahı Sənaye Parkına investisiya yatırılmasının prespektivləri müzakirə edilib.

Bu barədə BBN.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Özbəkistan Respublikasının Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi sədrinin müşaviri Xilola Qaniyeva və Özbəkistanın bir qrup əczaçılıq şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Pirallahı Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin Birdəfəlik şpris istehsalı zavodunun fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində Bakı Biznes Mərkəzində Özbəkistan nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbərliyi arasında görüş keçirilib.

Qonaqları salamlayan İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılmış əlverişli investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib.

Görüş çərçivəsində Özbəkistan şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyətləri barədə təqdimatlarla çıxış ediblər.

Sonda sənaye zonalarında əczaçılıq sahəsində birgə layihələrin həyata keçirilməsi, farmasevtika istiqamətində əməkdaşlıq əlaqələrinin inkişafı üçün tədqiqat və inkişaf mərkəzinin formalaşdırılması imkanlarına dair məsələlər müzakirə edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.