Home » Xalq Bankda depozit seyfləri daha sərfəli oldu!

Xalq Bankda depozit seyfləri daha sərfəli oldu!

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Xalq Bankın müştərilərə qiymətli əşya, pul və sənədlərini rahatlıqla etibar edəcəkləri depozit seyfi xidməti daha sərfəli oldu!

18 avqust tarixindən etibarən müştərilər yeni kampaniyadan yararlanaraq depozit seyfi icarəyə götürərkən ilk 3 ayın ödənişinə 50% endirim qazanacaq. Endirimli kampaniya Xalq Bankın regionlardakı bütün filiallarına və Bakı şəhərində yeni ünvanda yerləşən “Yubiley” filialına şamil olunur. Təklif 18 avqust – 31 dekabr tarixlərində keçərlidir.

Xalq Bankda sizin qiymətliləriniz daim etibarlı mühafizə altında olacaqdır. Seyflərin icarə qiyməti qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq dəyişir. Aylıq icarə haqqı 2.5 AZN-dən başlayır.

Xalq Bankın ölkə ərazisində 30 filialdan ibarət xidmət şəbəkəsi barədə ətraflı məlumatı burada əldə edə bilərsiniz: https://www.xalqbank.az/az/xidmet-sebekesi

Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.