Home » İpoteka kreditlərinin maksimum məbləği artırıla bilər – ŞƏRT AÇIQLANDI

İpoteka kreditlərinin maksimum məbləği artırıla bilər – ŞƏRT AÇIQLANDI

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda ipoteka kreditləri üzrə müəyyən edilmiş maksimal məbləğin gələcəkdə artırılması məsələsi bazarda baş verən dəyişikliklərdən və mövcud tendensiyalardan asılı olacaq.

BBN.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda Fondun əsas prioriteti orta və aşağı gəlirli ailələrin ipoteka mexanizmindən daha geniş istifadə etməsinə şərait yaratmaqdır. Bu səbəbdən ipoteka kreditləri üzrə maksimal məbləğ hazırda 150 min manat səviyyəsində saxlanılır.

Rasim Abdullayev bildirib ki, bankların daha yüksək məbləğlər üçün nəzərdə tutulmuş daxili ipoteka proqramları da mövcuddur. Lakin Fond dövlət büdcəsindən ayrılan vəsait və cəlb etdiyi maliyyə resursları hesabına mümkün qədər çox vətəndaşın mənzil əldə etməsinə dəstək göstərməyi əsas məqsəd kimi müəyyənləşdirib.

Fond rəsmisi qeyd edib ki, bazardakı vəziyyət və tendensiyalar daim izlənilir. Zərurət yarandığı təqdirdə ipoteka kreditləri üzrə maksimum məbləğin artırılması məsələsinə yenidən baxıla bilər.

O əlavə edib ki, hazırda proqramdan yararlanan vətəndaşların orta aylıq gəliri 2 100–2 200 manat, ailə üzvlərinin orta sayı isə 3–3,5 nəfər təşkil edir. Bu göstəricilər nəzərə alındıqda, 150 min manatlıq kredit limiti hazırkı mərhələdə uyğun hesab olunur.

Rasim Abdullayevin sözlərinə görə, gələcəkdə ipoteka kreditlərinin orta məbləğində artım davam edərsə və bu göstəricilər müəyyən edilmiş maksimum həddə yaxınlaşarsa, limitin artırılması məsələsi gündəmə gətirilə bilər.

Bununla yanaşı, Fond rəsmisi bildirib ki, ipoteka limitinin artırılması ilə bağlı açıqlamanın özü belə daşınmaz əmlak bazarında ajiotaj yarada və qiymətlərin sürətlə yüksəlməsinə səbəb ola bilər.

“Bu səbəbdən məsələyə ehtiyatla yanaşırıq və yalnız real zərurət yarandığı halda müvafiq addımların atılmasını məqsədəuyğun hesab edirik”, – deyə o vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.