Home » Naxçıvan İqtisadiyyat Nazirliyinin rəsmi internet saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan İqtisadiyyat Nazirliyinin rəsmi internet saytı “gov.az” zonasına köçürülüb

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən hazırlanmış İqtisadiyyat Nazirliyinin elektron informasiya resursu neconomy.gov.az domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb. Təhlükəsizlik və istifadəçi rahatlığını nəzərə alaraq sayt müasir proqramlaşdırma dillərindən istifadə edilərək yenidən hazırlanıb.

Saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.

Həmçinin, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün də müvafiq işlər görülüb.

Nazirliyin yeni internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə “gov.az” domeninə bağlı e-poçt adresi ilə (info@neconomy.gov.az) təmin edilib.

Qeyd edək ki, Nazirlik tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi, o cümlədən qurumların köhnə versiyalı informasiya resurslarının yenilənməsi istiqamətində tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.