Home » Rusiyada “Google”, “Telegram” və “Microsoft” cərimələnib

Rusiyada “Google”, “Telegram” və “Microsoft” cərimələnib

by yunus
0 comments 0 views 0 minutes read

Rusiyada “Google”, “Telegram” və “Microsoft” qadağan olunmuş məzmunu silmədiklərinə görə ümumilikdə 11,1 milyon rubl (təxminən 130 min ABŞ dolları) məbləğində cərimələnib.

BBN.az xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkətlərə qarşı qaldırılan işlər üzrə qərar qəbul edib.

Məhkəmə platformaların qanunvericiliyin tələblərinə uyğun olaraq qadağan olunmuş məzmunun silinməsi öhdəliyini yerinə yetirmədiyini müəyyənləşdirib.

Qeyd edək ki, Rusiyada “Google”, “Telegram” və “Microsoft”la yanaşı, “Apple” və “TikTok” kimi digər xarici texnologiya şirkətləri də qadağan olunmuş məzmunun silinməməsi və ölkənin qanuni tələblərinə əməl edilməməsi səbəbilə daha əvvəl müxtəlif məbləğlərdə cərimələnib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.