Home » “OpenAI” süni intellekt modellərinin təlimini müvəqqəti ləngidib

“OpenAI” süni intellekt modellərinin təlimini müvəqqəti ləngidib

by yunus
0 comments 0 views 1 minutes read

ChatGPT-ni inkişaf etdirən “OpenAI” şirkəti süni intellekt modellərinin imkanlarının genişlənməsi ilə bağlı yaranan, o cümlədən kibertəhlükəsizlik riskləri səbəbindən son modellərin təlim prosesini müvəqqəti dayandırıb.

BBN.az xəbər verir ki, şirkətin açıqlamasına görə, iki həftəlik fasilədən tədqiqat infrastrukturunun təhlükəsizliyinin gücləndirilməsi, əlavə təhlükəsizlik testlərinin keçirilməsi və monitorinq imkanlarının genişləndirilməsi üçün istifadə olunur.

“OpenAI” qərarın son həftələrdə baş verən iki hadisə ilə əlaqəli olduğunu bildirib. Bunlardan biri “Hugging Face” platformasına həyata keçirilən haker hücumu, digəri isə şirkətin gələcək modellərindən biri olan “Astra”nın kritik kibertəhlükəsizlik imkanları həddinə çata biləcəyini göstərən ilkin məlumatlardır.

Bundan əlavə, “OpenAI” model fəaliyyətinin monitorinqini də genişləndirib. Potensial təhlükəli davranış aşkar edildikdə sistemlərin 30 dəqiqə ərzində xəbərdarlıq verməsi nəzərdə tutulur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.