Home » Azərbaycanın teleradio kanalları ilə sığorta sektorunun münasibətləri müzakirə olunub

Azərbaycanın teleradio kanalları ilə sığorta sektorunun münasibətləri müzakirə olunub

by anar
0 comment 2 views 1 minutes read

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi ilə Audiovizual Şura arasında televiziya və radio kanalları ilə sığorta sektoru arasındakı mövcud münasibətlər və yeni imkanlar müzakirə olunub.

BBN.az bu barədə Assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə qurumun İcraçı direktoru Elmar Mirsalayevlə Şuranın sədri İsmət Səttarovla görüşüb.

Görüşdə E.Mirsalayev son illər sığorta sektorunda aparılan islahatlardan danışıb, ölkədə həyata keçirilən sığorta maarifləndirməsi layihəsi haqqında məlumat verib.

İ.Səttarov isə öz növbəsində sığorta sektorunun inkişafı istiqamətində görülən işləri maraqla qarşılayaraq yüksək qiymətləndirib.

Görüşün sonunda, milli televiziya və radio mühitinin peşəkar əsaslarla inkişafına, habelə televiziya və radio məkanı vasitəsilə sığorta maarifləndirməsi işlərinin aparılmasına göstərdiyi dəstəyə görə Assosiasiyanın təsis etdiyi xüsusi mükafat Şura sədrinə təqdim olunub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.