Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov oktyabrın 27-də növbəti dəfə ölkədə fəaliyyət göstərən Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb.
Görüş zamanı cari ilin 9 ayı ərzində ölkədə kapital bazarlarının inkişafı istiqamətində həyata keçirilən işlər və bu sahənin maliyyə sistemindəki rolu müzakirə edilib.
Eyni zamanda görüş çərçivəsində ölkənin kapital bazarlarında mövcud olan investisiya mühiti, investorlar üçün yaradılan imkanlar və perspektivlər, həmçinin kapital bazarlarının tendensiyaları və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.