Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.60 dollar, yaxud 0.78% enərək 76.57 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.59 dollar, yaxud 0.72% azalaraq 80.84 dollara satılır. Təbii qazın qiymətləri isə 0.08 dollar, yaxud 2.70% yüksələrək 3.12 dollara ticarət edilir.
Qeyd edək ki, İsrail-Fələstin müharibəsinin başlanğıcında xam neftin qiymətləri 4%-dən çox bahalaşmışdı.