Home » İcbari tibbi sığorta üzrə məlumatlandırma tədbiri keçirilib

İcbari tibbi sığorta üzrə məlumatlandırma tədbiri keçirilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Energetika Nazirliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində “İcbari Tibbi Sığorta” qaydalarına dair məlumatlandırma tədbiri keçirilib.

Tədbirdə Agentliyin Marketinq və İctimaiyyətlə Əlaqələr departmentinin baş məsləhətçəsi Leyla Lətifova təqdimatla çıxış edib. Təqdimat zamanı icbari tibbi sığorta anlayışı, sistemin məqsədi, sığortadan kimlər istifadə edə bilər, sığorta haqları, təcili və təxirəsalınmaz tibbi yardım, stasionar tibbi yardım, ixtisaslaşdırılmış tibbi xidmətlərdən istifadə, xidmətlər zərfinə daxil olan arayışlar barədə iştirakçılara ətraflı məlumat verilib, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə Energetika Nazirliyinin Aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 30 əməkdaşı iştirak edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.