10 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 150,000 (yüz əlli min) manat həcmində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “GL” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2022020286 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu | Birqiymətli hərrac |
İstiqrazın sayı | 150 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 150,000 manat |
İllik gəlirlilik faizi | 12% |
Ödəmə Periodu | Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) günü olduğunu qəbul etmək şərti ilə) |
Tədavül müddəti | 5 il |
Ticarətə buraxılma tarixi | 24.06.2024 |
Anderrayter | “İNVEST-AZ İnvestisiya şirkəti” QSC |