Tesla-nın bu ilin ikinci rübü üçün balans hesabatına görə, şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 25,5 milyard dollara çatıb. Tesla 2023-cü ilin ikinci rübündə 24,9 milyard dollar gəlir əldə edib.
BBN.az xəbər verir ki,elektrikli avtomobil istehsalçısının xalis mənfəəti ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalaraq 1,5 milyard dollara düşüb. Keçən ilin eyni dövründə Teslanın xalis mənfəəti 2,7 milyard dollar olub.
Tesla-nın xalis mənfəəti bu ilin birinci rübündə qlobal satışların azalması və qiymətlərin azalmasının təsiri ilə illik 55 faiz azalıb.