Home » Azər Türk Bank daha bir innovativ filialını istifadəyə verdi

Azər Türk Bank daha bir innovativ filialını istifadəyə verdi

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.

Bank “Rəqəmsal X” adlanan filialını müştərilərinin ixtiyarına verib.

Müasir tipli bu yeni ofis paytaxtın Nəsimi rayonu ərazisində, Bankın əsas binasının yaxınlığında, Akademik Həsən Əliyev küçəsi, 10F ünvanında yerləşir.

Bankın digər rəqəmsal ofislərində olduğu kimi, bu filialda da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur, müştərilərə kreditlər və ödəniş kartlarının əldə edilməsi daxil olmaqla müxtəlif bank xidmətləri göstərilir.

Burada kiçik və orta biznes nümayəndələrinə bizneslərini inkişaf etdirmək və müxtəlif layihələrin maliyyələşdirilməsi üçün əlverişli şərtlərlə kreditlər təklif edilir.

Həmçinin müştərilər bu filialda təmassız əməliyyatları dəstəkləyən yeni nəsil terminal və ATM-lər vasitəsilə kart hesabları üzrə əməliyyatları 7/24 rejimində yerinə yetirə biləcəklər.

Qeyd edək ki, Azər Türk Bank bu il ərzində üç, ümumən son dövrdə on innovativ filialını müştərilərin ixtiyarına verib.

Bankın qurduğu ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, ən müasir sistemləri, xidmət və məhsulları təqdim etməyə imkan verir.

Azər Türk Bank öz fəaliyyətini günün tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırmaqla müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində işlərini davam etdirir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.