Home » Dövlət Xidməti: Sahibkarların istehlakçılara qaytardığı vəsaitlər 9% artıb

Dövlət Xidməti: Sahibkarların istehlakçılara qaytardığı vəsaitlər 9% artıb

by anar
0 comment 2 views 0 minutes read

“Bu ilin I yarısında Azərbaycanda lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələbini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunmuş müraciətlər üzrə 241 min manat vəsaiti sahibkarlar istehlakçılara qaytarıb”.

BBN.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% çoxdur.

“Sahibkar-istehlakçı münasibətlərinin inkişafında əsas hədəf mübahisələrin ilkin mərhələdə sahibkar və istehlakçı arasında uzlaşma əldə edilərək həll edilməsidir”, – qurum bəyan edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.