“WhatsApp” Android-də səsli mesajları yazı formatına çevirmə funksiyasını təqdim edib. Bu sayədə dinləyə bilmədiyiniz səsli mesajların məzmununu yazılı şəkildə görə biləmək mümkün olacaq.
BBN.az xəbər verir ki,önümüzdəki həftələrdə mərhələli şəkildə istifadəyə veriləcək bu yeni xüsusiyyət sayəsində dinləyə bilmədiyiniz səsli mesajların dərhal altında mesajın məzmununu yazılı şəkildə görmək mümkün olacaq.
Səsli mesajlar WhatsApp-da ünsiyyət qurmağın asan yollarından biri olsa da, xüsusilə izdihamlı və səs-küylü mühitlərdə və ya səssizliyin tələb olunduğu yerlərdə mesajı dinləyə bilməmək probleminə səbəb olub. Bu problem yeni funksiya ilə aradan qaldırılacaq. Səsli mesajlara nifrət edən istifadəçilər üçün də problemi həll olunmuş olacaq.