Home » AMB: Fintex subyektlərinin Ani Ödənişlər Sisteminə inteqrasiyası müzakirə edilib

AMB: Fintex subyektlərinin Ani Ödənişlər Sisteminə inteqrasiyası müzakirə edilib

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankında (AMB) fintex subyektlərinin Ani Ödənişlər Sisteminə inteqrasiyası müzakirə edilib.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Görüşdə bu ilin I yarısında fintex ekosistemində müşahidə olunan əsas trendlər və inkişaf prioritetləri ətraflı müzakirə olunub.

Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi və fintex subyektlərinin bu sistem vasitəsilə innovativ həllərə çıxış imkanlarının artırılması, eləcə də elektron pul və ödəniş təşkilatlarının fəaliyyətlərinin ƏL/TMM və informasiya təhlükəsizliyi üzrə qanunvericilik tələblərinə tam uyğunluğunun təmin edilməsi və komplayens risklərinin effektiv idarə olunması məsələləri görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Görüşdə həmçinin xüsusi tənzimləmə rejiminin təkmilləşdirilməsi və tətbiq imkanları, açıq bankçılıq sahəsində aparılan işlər, virtual aktivlər, onların təminatçılarının fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.