Home » Kanada ABŞ mallarına olan bəzi rüsumları ləğv edəcək

Kanada ABŞ mallarına olan bəzi rüsumları ləğv edəcək

by yunus
0 comments 0 views 1 minutes read

Kanadanın Baş naziri Mark Karni ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) çərçivəsində ABŞ mallarına cavab rüsumlarının sentyabrın 1-dən qaldırılacağını açıqlayıb.

BBN.az xəbər verir ki,  Mark Karni  mətbuat konfransında ABŞ ilə ticarət əlaqələri ilə bağlı yenilikləri paylaşıb.

Ötən ilin sonunda ABŞ-ın qlobal orta tarif dərəcəsinin 2 faizdən bir qədər çox olduğunu xatırladan Mark Karni, bu nisbətin hazırda 16 faizə yüksəldiyini bildirib.

O qeyd edib ki, polad, alüminium və avtomobillərə tariflər qüvvədə qalacaq. ABŞ prezidenti Donald Trampla dünənki görüşünə də toxunan Karni, iki ölkənin strateji sektorlardakı mövcud ticarət problemlərini həll etmək və ticarət, investisiya və təhlükəsizlik sahələrində əhəmiyyətli imkanları qiymətləndirmək üçün danışıqları intensivləşdirəcəyini bildirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.