Home » Əmanətlərin Sığortalanması Fondunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Əmanətlərin Sığortalanması Fondunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

8 Noyabr – Zəfər Günü münasibətilə Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) təntənəli tədbir təşkil olunub.

Zəfər Günü Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən biri kimi xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və qəhrəman Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirən tarixi gündür. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, torpaqlarımız işğaldan azad edilmişdir.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Fondun İcraçı direktorunun müavini Bəhruz Qayıbov çıxış edərək Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətini vurğulayıb.

B.Qayıbov qeyd edib ki, 8 Noyabr xalqımızın illərlə arzuladığı ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən möhtəşəm Qələbə günüdür:

“Bu tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində mümkün olmuşdur.”

Çıxışında o, bu qələbənin təkcə hərbi deyil, həm də mənəvi-siyasi əhəmiyyət daşıdığını vurğulayıb:

“8 Noyabr xalqımızın birlik, iradə və milli həmrəyliyinin simvolu, gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi olmaqdan qürur duyur.”

Bəhruz Qayıbov həmçinin Vətən müharibəsində iştirak etmiş Fond əməkdaşlarına və bütün qazilərə təşəkkürünü bildirib, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulacağını vurğulayıb.

Tədbir çərçivəsində müharibə iştirakçısı olan Fond əməkdaşları öz döyüş xatirələrini bölüşüblər. Onlar xidmət etdikləri istiqamətlər və ön cəbhədəki təcrübələrindən danışaraq, dövlətin qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər.

Sonda Fond rəhbərliyi müharibə iştirakçısı olan əməkdaşları xüsusi hədiyyələrlə təltif edib və onların göstərdiyi şücaəti Fond kollektivi adından minnətdarlıqla qeyd edib.

Əmanətlərin Sığortalanması Fondu bu əlamətdar gündə bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm can sağlığı və uzun ömür arzulayır.

Zəfər bizimlədir!
Qarabağ Azərbaycandır!

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.