
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) Himayəçilər Şurasının növbəti iclası baş tutub.
İSB-nin məlumatına görə, iclasda maliyyə və təşkilati məsələlər müzakirə olunub, həmçinin İSB-nin Risk Komitəsi haqqında Əsasnamə təsdiqlənib.
Risk Komitəsinin yaradılmasının əsas məqsədi risklərin operativ və dəqiq qiymətləndirilməsini təmin etmək, eləcə də bu risklərə uyğun qərarların qəbuluna əsas yaratmaqdır. Komitə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə nəzarət edir, strategiya və siyasətlərin formalaşdırılmasını təmin edir və risklərin effektiv idarə edilməsinə cavabdehdir.
İclasda Risk Komitəsinin tərkibi də müəyyənləşdirilib. Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı Məhəmməd Məhərəmli komitənin sədri, Famil Əliyev (“Qala Sığorta” ASC) və Araz Məmmədov (“Paşa Sığorta” ASC) isə komitənin üzvləri seçiliblər.







