Home » Yelo Bank-da qadın sahibkarlar üçün “Tea Talk” görüşü keçirildi

Yelo Bank-da qadın sahibkarlar üçün “Tea Talk” görüşü keçirildi

by Zeyneb
0 comments 4 views 1 minutes read

Yelo Bank qadın sahibkarların inkişafına və bilik mübadiləsinə xüsusi önəm verir, bu məqsədlə müxtəlif təşəbbüslərə dəstək göstərir. Bu dəfə Bank, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə növbəti “Tea Talk” görüşünə evsahibliyi etdi. Təhsil sahəsində fəaliyyət göstərən qadın sahibkarların bir araya gəldiyi tədbir səmimi mühitdə təcrübə paylaşımı və peşəkar əlaqələrin qurulması üçün dəyərli imkan yaratdı.

Görüşün əvvəlində Yelo Bank qadın sahibkarlara özəl kredit məhsulu və digər bank xidmətləri barədə qısa məlumat təqdim etdi. Tədbirdə təlimçi Saday Əlverdiyev uzunillik təcrübəsinə əsaslanaraq təhsil sahəsində biznes idarəçiliyinin incəliklərini, real nümunələri və effektiv idarəetmə yanaşmalarını iştirakçılarla bölüşdü.

Müzakirələr zamanı təhsil sektorunda mövcud çağırışlar, inkişaf imkanları və əməkdaşlıq perspektivləri dəyərləndirildi. İştirakçılar qarşılıqlı fikir mübadiləsi apararaq həm yeni ideyalarla tanış oldular, həm də təcrübələrini paylaşdılar.

Yelo Bank üçün bu görüşlər qadın sahibkarların dəstəklənməsi və yeni əlaqələrin qurulması baxımından önəmlidir. Bank yaxın zamanda onların biznes fəaliyyətini gücləndirmək üçün xüsusi güzəştli şərtlərlə mikro kredit təqdim edib. Bu məhsul qadın sahibkarlara daha rahat maliyyə dəstəyi almaq imkanı yaradır. Kredit haqqında ətraflı məlumat: https://bit.ly/4LqL1N.

Kicik biznes krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.