Home » Avropa İttifaqı Rusiyadan qaz idxalını bu tarixdə dayandıracaq

Avropa İttifaqı Rusiyadan qaz idxalını bu tarixdə dayandıracaq

by yunus
0 comments 0 views 1 minutes read

Aİ 2027-ci ildə Rusiyadan qaz idxalını dayandıracaq.

BBN.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) qurumları Rusiyadan təbii qaz və maye qaz (LNG) idxalının 2027-ci ilin payızına qədər mərhələli şəkildə dayandırılması barədə razılığa gəlib.

Aİ Şurası Aİ üzv ölkələri ilə Avropa Parlamenti (AP) nümayəndələri arasında Rusiyadan təbii qaz idxalının bitirilməsinə dair planla bağlı aparılan danışıqlarda anlaşmaya nail olunduğunu bildirib.

Açıqlamada qeyd olunub ki, Rusiyadan enerji asılılığını sona çatdırmaq üçün hazırlanan yol xəritəsi çərçivəsində hərəkət edilir. Bu plana əsasən, Rusiyadan LNG idxalı 2026-cı ilin sonunda, boru kəməri ilə qaz idxalı isə 2027-ci ilin payızında olmaqla mərhələli şəkildə və hüquqi baxımdan məcburi formada qadağan ediləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.