Home » Yanvar–noyabrda ÜDM 1,6% artaraq 116,32 milyard manat olub

Yanvar–noyabrda ÜDM 1,6% artaraq 116,32 milyard manat olub

by Zeyneb
0 comments 1 views 1 minutes read

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 116,32 milyard manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% artım deməkdir. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, neft-qaz sektorunda əlavə dəyər 1,8% azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2% artıb.

ÜDM-in sektorlar üzrə payı belədir:

  • 34% – sənaye,

  • 10,6% – ticarət və nəqliyyat vasitələrinin təmiri,

  • 7,2% – nəqliyyat və anbar təsərrüfatı,

  • 6,5% – tikinti,

  • 6,4% – kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,

  • 2,8% – turizm və ictimai iaşə,

  • 1,9% – informasiya və rabitə,

  • 21,1% – digər sahələr.

Məhsul və idxala xalis vergilər ÜDM-in 9,5%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 11 356,4 manat olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.