Home » Azərbaycanın sığorta sektorunda bank sığortaçılığı ilə bağlı üçüncü tədqiqat işi təqdim edilib

Azərbaycanın sığorta sektorunda bank sığortaçılığı ilə bağlı üçüncü tədqiqat işi təqdim edilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və əməkdaşları tərəfindən bank sığortaçılığının cari vəziyyətini qiymətləndirən üçüncü tədqiqat işi peşəkar sığorta bazarı iştirakçılarına təqdim olunub.

ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev bildirib ki, tədqiqatın məqsədi bankların sığorta şirkətləri ilə biznes əməkdaşlığının mövcud vəziyyətini araşdırmaq, bu sahənin inkişafına mane olan səbəbləri müəyyən etmək və ekspert təkliflərini toplamaqdır.

Araşdırmada bank sığorta məhsullarının növləri, istifadəçilərin gender, yaş və gəlir səviyyəsinə görə davranışları, məhsullardan imtina səbəbləri və digər aktual məsələlər öyrənilib. Sorğuda 500 respondent iştirak edib, onlardan 53%-i kişi, 47%-i qadın olub. Tədqiqat Bakı və ətraf bölgələrdə aparılıb.

Pərviz Quliyev əlavə edib ki, bankların hazırda əsasən kreditlərlə bağlı məhsulları satması və digər sığorta məhsullarını təklif etmək imkanlarını tam dəyərləndirməməsi araşdırmanın əsas səbəblərindəndir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.