Home » Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

by Aytac
0 comments 0 views 1 minutes read

Azərbaycan və BMT arasında “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi”nin hazırlanması müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsi hesabında yazıb.

“BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşdə BMT ilə əməkdaşlığın gündəliyində olan prioritetləri müzakirə etdik.

“Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi”nin icrası, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının monitorinqinin gücləndirilməsi məqsədilə “DİM üzrə Milli İzləmə Sistemi”nin hazırlanması, regionlar üzrə DİM-lərin lokallaşdırılması fəaliyyətlərinin davam etdirilməsi məqsədilə BMT-nin ixtisaslaşmış qurumları ilə birgə əməkdaşlıq barədə fikirlərimizi bölüşdük”, – nazir qeyd edib.

M. Cabbarov, Vladanka Andreyevaya səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan hökuməti arasında yüksək səviyyəli tərəfdaşlığa və əməkdaşlığa töhfələri üçün təşəkkürünü bildirib və uğurlar arzulayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.