Home » Maliyyə Nazirliyində rəqəmsal idarəetmə və informasiya sistemlərinin təkmilləşdirilməsi üzrə növbəti iclas keçirilib

Maliyyə Nazirliyində rəqəmsal idarəetmə və informasiya sistemlərinin təkmilləşdirilməsi üzrə növbəti iclas keçirilib

by Zeyneb
0 comments 1 views 2 minutes read

Azərbaycan Respublikası Maliyyə Nazirliyində rəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.

İclasda çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində geniş islahatlara start verilib. Bu fərmanın icrası çərçivəsində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır və o, ayrı-ayrı platformalar deyil, tam inteqrasiya olunmuş vahid ekosistem şəklində fəaliyyət göstərəcək.

Nazir vurğulayıb ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə sahəsində səmərəliliyi, şəffaflığı və operativliyi daha da artıracaq.

İclasda Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən Nazirliyin mövcud rəqəmsal idarəetmə və elektron informasiya sistemlərinin vəziyyəti, onların vahid çərçivə əsasında inkişafı və inteqrasiyası üzrə prioritetlər müzakirə olunub. Əsas rəqəmsal sistemlər üzrə canlı təqdimatlar keçirilib.

Təqdimatlar zamanı “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi, e-müqavilə, e-mühasibat, Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS), Elektron Ciddi Hesabat Blankları Sistemi, e-büdcə portalı, eləcə də Vahid Data və Hesabatlıq Sistemi barədə geniş məlumat verilib.

Qeyd edilib ki, “Rəqəmsal dövlət maliyyəsi” sistemi çərçivəsində maliyyə sistemlərinin “bir çətir altında” mərkəzləşdirilmiş idarə olunması və inteqrasiyası təmin olunur. E-müqavilə sistemi dövlət satınalmaları üzrə müqavilələrin bağlanması, icrası və monitorinqini tam elektron mühitdə həyata keçirəcək. E-mühasibat sistemi isə ilkin qalıqların mərkəzləşdirilmiş əldə olunması, avtomatik əmlak uçotu və vahid mühasibat yanaşmasının tətbiqinə imkan yaradacaq.

Elektron Ciddi Hesabat Blankları Sistemi 44 adda hesabat blankının tam elektronlaşdırılmasını təmin etməklə kağız dövriyyəsini azaldacaq və nəzarət mexanizmlərini gücləndirəcək. E-büdcə portalı isə elektron büdcə bələdçisi funksiyasını yerinə yetirir. Vahid Data və Hesabatlıq Sistemi isə “Data Lakehouse” yanaşması əsasında mərkəzləşdirilmiş məlumat mühitinin formalaşmasına və analitika ilə qərar qəbul etmənin dəstəklənməsinə xidmət edir.

İclasda həmçinin cari il üçün qarşıda duran vəzifələr, əsas rəqəmsal layihələr, fəaliyyət planı, sistemlərin inkişafı, genişləndirilməsi və inteqrasiyası, eləcə də texniki, institusional və normativ istiqamətlər üzrə görüləcək işlər müzakirə olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.