Home » Azərbaycan Mərkəzi Bankı 541 milyon dolları Maliyyə Nazirliyinə transfer edib

Azərbaycan Mərkəzi Bankı 541 milyon dolları Maliyyə Nazirliyinə transfer edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında satılmayan 541 milyon ABŞ dollarını Maliyyə Nazirliyinə transfer edib.

BBN.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Sədr bildirib ki, xarici valyutada olan vəsaitin bir hissəsi manata çevrilmədən birbaşa Maliyyə Nazirliyinə köçürülüb:

“Növbəti aylarda tələb yarandığı təqdirdə həmin vəsaiti valyuta bazarında istifadə edəcəyik. Əhali isə yenə də daha çox valyuta satıb, nəinki alıb. Transfer məbləğini nəzərə alsaq, təxminən 400-450 milyon dollar az satılıb. Çünki tələb yoxdur”, – deyə o qeyd edib.

T. Kazımov vurğulayıb ki, yanvar ayında da valyuta bazarında xüsusi artım qeydə alınmayıb. Təxminən 300-350 milyon dollar satış həyata keçirilib, halbuki plana əsasən 700 milyon dollara yaxın satış nəzərdə tutulurdu.

AMB sədri əlavə edib ki, nağd əməliyyatlar üzrə də son 3-4 ilin ən aşağı göstəricisi qeydə alınıb. Belə ki, yanvarda 18 milyon ABŞ dolları mənfi saldo formalaşıb – yəni əhali aldıqlarından 18 milyon dollar çox valyuta satıb.

Onun sözlərinə görə, hazırda valyuta bazarında sabitlik qorunur və hər hansı risk müşahidə edilmir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.