0

Azərbaycan İnvestisiya Holdinqi balansında olan 7 xidməti avtomobilin könüllü (KASKO) sığortalanması məqsədilə açıq tender elan edib.
BBN.az xəbər verir ki, tenderdə iştirak haqqı 13 manat təşkil edir.
İddiaçılar təkliflərini martın 3-nə qədər Holdinqin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanına təqdim edə bilərlər.
Təkliflərə martın 3-də saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.
Qeyd edək ki, ötən il keçirilmiş analoji tenderin qalibi Meqa Sığorta ASC olub və şirkətə 5 909 manat ödənilib.





