Home » AMB “A-Solutions Elektron Pul Təşkilatı”na icrası məcburi göstərişlər verib

AMB “A-Solutions Elektron Pul Təşkilatı”na icrası məcburi göstərişlər verib

by Zeyneb
0 comments 1 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) “A-Solutions Elektron Pul Təşkilatı” MMC-yə icrası məcburi göstərişlər verib.

BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən planlı yoxlama çərçivəsində şirkət tərəfindən aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkarlanıb.

“Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən, şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə olunması sahələrində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.