0

Aqrar Sığorta Fondu işçilərinin könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi Qala Sığorta ASC olub.
Qalib şirkətə 14 960 manat ödəniləcək.
Satınalma çərçivəsində Fondun 44 əməkdaşının (28 kişi, 16 qadın) könüllü tibbi sığortalanması nəzərdə tutulub. Hər bir işçi üzrə sığorta məbləği 15 min manat müəyyən edilib.
Qeyd edək ki, ötən il də analoji tenderin qalibi “Qala Sığorta” ASC olub və şirkətə 16 min manat ödənilib.





