
2026-cı ilin yanvar ayında Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların ümumi statistik dəyəri 1 milyard 967 milyon ABŞ dolları təşkil edib.
BBN.az xəbər verir ki, bu məbləğin 1 milyard 238 milyon dolları xam neftin, 687 milyon 506 min dolları isə təbii qazın payına düşüb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvarında Azərbaycandan ümumilikdə 2 milyard 793 milyon ABŞ dolları dəyərində neft-qaz sektoru məhsulları ixrac olunub. Həmin dövrdə 1 milyard 903 milyon dollarlıq xam neft, 870 milyon 83 min dollarlıq isə təbii qaz xaricə satılıb.
Beləliklə, illik müqayisədə xam neft ixracından əldə olunan gəlirlər 35 %, təbii qaz ixracından əldə olunan gəlirlər isə 21 % azalıb.





