Home » İRİA “mygov”la bağlı yeni videoçarx təqdim edib

İRİA “mygov”la bağlı yeni videoçarx təqdim edib

by Zeyneb
0 comments 2 views 1 minutes read

İnnovasiya və Rəqəmsal İnkişaf Agentıiyi “mygov” platforması ilə bağlı yeni videoçarxını ictimaiyyətə təqdim edib. Yeni çarxın əsas mesajı “mygov ilə sənədlərim hər zaman üstümdə”dir.

Videoçarxda vətəndaşların gündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonunda rəqəmsal sənədlərin üstünlükləri nümayiş olunur. Bildirilir ki, artıq sənədləri fiziki formada daşımağa, kağız toplusuna və ya uzun növbələrdə gözləməyə ehtiyac yoxdur. Əsas dövlət sənədləri və xidmətləri bir neçə kliklə əlçatandır. Çarx vasitəsilə “mygov” platformasının təqdim etdiyi imkanlar, sənədlərə operativ çıxış, təhlükəsiz saxlanma və sürətli təqdimetmə ön plana çəkilir. Rəqəmsal həllər sayəsində vətəndaşlar vaxt itkisinin qarşısını alır, proseslər isə daha çevik və rahat şəkildə həyata keçirilir.

Prezident İlham Əliyev fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə əsas diqqəti dövlət xidmətlərinin vahid mərkəzdə birləşdirilməsinin vacibliyinə yönəldib. Prezident vurğulayıb ki, son illər müxtəlif qurumlar tərəfindən çoxsaylı platforma və tətbiqlər yaradılsa da, artıq bu xidmətlər koordinasiyalı şəkildə və tək mərkəzdən təqdim olunmalıdır. Onun sözlərinə görə, dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməli, mövcud platformalar isə mərhələli şəkildə vahid sistemdə birləşdirilməlidir.Əsas məqsəd vətəndaşa lazım olan bütün xidmətlərin bir ünvandan, daha rahat, operativ və səmərəli şəkildə təqdim edilməsidir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.