Home » KOB evlərində ötən il 543 mindən çox xidmət göstərilib

KOB evlərində ötən il 543 mindən çox xidmət göstərilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

2025-ci ildə Azərbaycandakı KOB evlərində biznes subyektlərinə ümumilikdə 543 033 xidmət göstərilib. Bu xidmətlərin 464 325-i beş dövlət qurumu tərəfindən təqdim olunub.

Məlumata görə, ötən il sahibkarlar KOB evlərinə daha çox yükdaşımaların həyata keçirilməsi üçün icazə blankı və fərqlənmə nişanının alınması, poçt göndərişləri, mənşə sertifikatı, gömrük xidmətləri və fitosanitar sertifikat üçün müraciət ediblər.

Xidmət göstərən qurumlar üzrə bölgü belə olub: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – 257 699 xidmət (47,5 %), Azərpoçt – 96 902 xidmət (17,8 %), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – 62 051 xidmət (11,4 %), Dövlət Gömrük Komitəsi – 30 384 xidmət (5,6 %) və Qida Təhlükəsizliyi Agentliyi – 17 289 xidmət (3,2 %).

Qeyd edək ki, KOB evləri sahibkarların dövlət (“G2B”) və biznes (“B2B”) xidmətlərinə vahid məkanda sürətli və rahat çıxışını təmin edən mərkəzlərdir. Bu isə vaxt və resurslara qənaət imkanı yaradır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.