0

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etmədiyini açıqlayıb.
Agentlik bununla bağlı yayılmış məlumatlara münasibət bildirib.
Qeyd edək ki, bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə ADSEA-nın suyun qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etdiyi barədə məlumatlar yayılmışdı. Agentlik isə bu xəbərlərin həqiqəti əks etdirmədiyini bəyan edib.





