Home » AMB 2025-ci ildə 170 not hərracı keçirib

AMB 2025-ci ildə 170 not hərracı keçirib

by Zeyneb
0 comments 1 views 1 minutes read

2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 170 not hərracı keçirib.

Sənədə əsasən, bu göstərici 2024-cü illə müqayisədə 82,8 % çoxdur.

Hesabat dövründə keçirilən hərraclardan 43-ü 28 günlük, 42-si 84 günlük, 43-ü 168 günlük, 42-si isə 252 günlük notlar üzrə olub. İl ərzində dövriyyədə olan notların qalığı bank sistemindəki vəziyyətdən asılı olaraq dəyişib və avqust ayında 744,2 milyon manatla maksimum səviyyəyə çatıb. İlin sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 370,8 milyon manat təşkil edib.

Qeyd olunub ki, ötən il açıq bazar əməliyyatları çərçivəsində likvidliyin tənzimlənməsi məqsədilə 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə hərracların keçirilməsi davam etdirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.