Home » “Canva” süni intellektin dəstəyilə 4 milyard dollar gəlir əldə edib

“Canva” süni intellektin dəstəyilə 4 milyard dollar gəlir əldə edib

by yunus
0 comments 0 views 1 minutes read

Qrafik dizayn alətlərinin hazırlanması ilə məşğul olan “Canva” şirkətinin süni intellekt sahəsinə yatırımları artıq nəticə verməyə başlayıb. 

BBN.az xəbər verir ki, süni intellekt dəstəkli qrafik dizayn platforması aylıq aktiv istifadəçi sayını 20 faiz artıraraq illik 4 milyard dollar gəlir səviyyəsinə çatıb.

Şirkət ötən il istifadəçilərə süni intellektdən yararlanaraq mini tətbiqlər və veb saytlar yaratmaq imkanı verən yeni bir aləti istifadəyə təqdim edib.

Şirkətin açıqladığı məlumatlara əsasən, “Canva”nın 2025-ci ildə aylıq 265 milyondan çox aktiv istifadəçisi və 31 milyondan artıq ödənişli istifadəçisi mövcuddur. “Canva”nın həmtəsisçisi və əməliyyatlar üzrə baş icraçı direktoru Kliff Obrext bildirib ki, bu istifadəçi bazası ilin sonunadək şirkətin illik təkrarlanan gəlirini 4 milyard dollara yüksəldib. Abunəlik modeli ilə fəaliyyət göstərən şirkət, eyni zamanda, biznesdən-biznesə yönəlik sahədə 100 faizlik artım əldə edərək 500 milyon dollarlıq illik təkrarlanan gəlirə nail olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.