Home » Moody’s: Azərbaycanın ÜDM artımı 2026–2027-ci illərdə 2,5–3 % olacaq

Moody’s: Azərbaycanın ÜDM artımı 2026–2027-ci illərdə 2,5–3 % olacaq

by Zeyneb
0 comments 3 views 0 minutes read

Moody’s beynəlxalq reytinq agentliyi Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımının 2026–2027-ci illərdə 2,5–3 % səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə agentliyin Azərbaycanın bank sisteminin perspektivlərinə dair hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici 2025-ci il üçün gözlənilən 1,5 % və 2024-cü ildə qeydə alınmış 4,1 % artımla müqayisədə daha yüksəkdir.

Agentliyin qiymətləndirməsinə əsasən, iqtisadi artımın sürətlənməsi əsasən qeyri-neft sektorunun sabit inkişafı ilə bağlı olacaq. Bank əməliyyatlarının böyük hissəsi də məhz bu sektorun payına düşür.

Hesabatda vurğulanır ki, sözügedən tendensiya kreditləşmənin artımını stimullaşdıracaq, bank sektorunda aktivlərin keyfiyyətinin qorunmasına və rentabelliyin saxlanmasına dəstək verəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.