Home » Hesablama Palatası: Dövlət satınalmalarında süni intellektdən istifadə edilə bilər

Hesablama Palatası: Dövlət satınalmalarında süni intellektdən istifadə edilə bilər

by Zeyneb
0 comments 2 views 1 minutes read

Dövlət satınalmalarında ehtimal olunan qiymətin hesablanması mexanizminin təkmilləşdirilməsi məqsədilə süni intellekt imkanlarından istifadə edilə bilər.

Bunu Hesablama Palatası-nın sədri Vüqar Gülməmmədov “Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, 2024-cü ildə rəqabətli satınalmaların 4 229-da və ya 43,1 %-də müqavilə məbləği ehtimal olunan qiymətdən 20 % və daha çox fərqlənib.

“Ehtimal olunan qiymətlə yekun protokol arasında fərqin böyük olması satınalmanın səmərəliliyi ilə bağlı sual yaradır. Bu istiqamətdə hüquqi çərçivənin daha da təkmilləşdirilməsi və qiymətlərin hesablanmasında müasir texnoloji alətlərdən istifadənin genişləndirilməsi vacibdir. Gələcəkdə ehtimal olunan qiymətin hesablanması zamanı süni intellektin imkanlarından istifadə edilməsi daha obyektiv və əsaslandırılmış nəticələrin əldə olunmasına şərait yarada bilər”, – deyə sədr qeyd edib.

V. Gülməmmədov əlavə edib ki, hüquqi çərçivənin effektiv tətbiqinə imkan verən institusional strukturların və əməliyyat qabiliyyətlərinin gücləndirilməsi dövlət satınalmalarının səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.