Home » AzStateNet şəbəkəsində iki ayda 28,7 milyon zərərli keçid bloklanıb

AzStateNet şəbəkəsində iki ayda 28,7 milyon zərərli keçid bloklanıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu ilin yanvar-fevral aylarında AzStateNet şəbəkəsi üzrə 28 milyon 720 min zərərli keçid bloklanıb.

“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 70 % azdır.

Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 677 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 25 min 439 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 38 % və 5 % azalma deməkdir.

Məlumata görə, 2025-ci il ərzində AzStateNet şəbəkəsi üzrə ümumilikdə 449,39 milyon zərərli keçid bloklanıb. Həmçinin son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 26 milyon 525 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənədin qarşısı alınıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.