
Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində təşəbbüslər müzakirə olunub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, müzakirələr M.Cabbarov ilə İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Xinbo arasında keçirilən görüş zamanı aparılıb.
Görüş çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi ilə İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması, potensial investisiya layihələrinin həyata keçirilməsi və maliyyələşmə mexanizmlərinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.




