Home » “Kapital Bank” 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb

“Kapital Bank” 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb

by Zeyneb
0 comments 2 views 1 minutes read

2025-ci ildə “Kapital Bank” müştərilərin 7 milyon 22 min 165 manat vəsaitinin oğurlanma ehtimalının qarşısını alıb.

“Qafqazinfo”nun məlumatına görə, bunu bankın Baş Risk İnzibatçısı Ağarza Baxşiyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, il ərzində 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq ehtimalı səbəbilə bloklanıb.

A.Baxşiyev qeyd edib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə rəqəmsal fırıldaqçılıq hücumlarının sayı artıb. Xüsusilə sosial mühəndislik üsulları ilə müştərilərin manipulyasiya olunmasına yönələn cəhdlər intensivləşib. Bu çərçivədə “Kapital Bank” adından saxta reklam və kampaniyalar həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb.

O, həmçinin bildirib ki, kiberdələduzluqla mübarizə çərçivəsində “Birbank” mobil tətbiqində yeni təhlükəsizlik funksiyası istifadəyə verilib. Bu funksiya vasitəsilə müştərilər zəng edən şəxsin bank əməkdaşı olub-olmadığını yoxlaya bilirlər. Əgər zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa, tətbiqdə bunu təsdiqləyən bildiriş görünür. Əks halda belə təsdiq mümkün olmur. Artıq 10 minə yaxın istifadəçi bu xidmətdən yararlanaraq dələduzları ifşa edib.

Bundan əlavə, 2025-ci ildə 40 mindən çox istifadəçinin cihazında “Birbank” tətbiqinin fəaliyyətinə mane olan viruslar aşkarlanıb və həmin cihazlarda tətbiq bloklanıb. Bu tədbirlər nəticəsində minlərlə vətəndaşın potensial dələduzluq riskindən qorunması təmin olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.