0

Ötən ay ChatGPT 72,78% payla Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub. Buna baxmayaraq, “chatbot”un bazar payı 1 ay əvvəllə müqayisədə 5,66 faiz bəndi azalıb.
BBN.az “statcounter”ə istinadən xəbər verir ki, mart ayında ChatGPT-nin payı 78,44% təşkil edirdi.
Məlumata görə, ötən ay ölkədə ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Google Gemini (20,15%), Perplexity (1,88%), Claude (2,48%) Microsoft Copilot (2,71%).




