Home » Azərbaycan Mərkəzi Bankı Siyəzəndə vətəndaşlar üçün səyyar qəbul keçirib

Azərbaycan Mərkəzi Bankı Siyəzəndə vətəndaşlar üçün səyyar qəbul keçirib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaş hüquqlarının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə mayın 13-də Siyəzən rayonunda növbəti səyyar qəbul təşkil olunub.

Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri vətəndaşların müraciətlərinə baxaraq onlara qanunvericiliyə uyğun addımlarla bağlı müvafiq izahatlar veriblər.

Səyyar qəbul zamanı vətəndaşlar əsasən kredit istəyi, kredit öhdəlikləri üzrə güzəştlər, ATM quraşdırılması, kredit tarixçəsi məlumatlarının düzgün yerləşdirilməməsi və digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar.

Müraciətlərin bir hissəsi yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq icraya götürülüb.

Qeyd olunub ki, vətəndaşlar səyyar qəbullarla bağlı əlavə sual, təklif və müraciətlərini Mərkəzi Bankın elektron müraciət sistemi vasitəsilə göndərə və ya “966” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.