Home » “Azeri Light” nefti bahalaşıb

“Azeri Light” nefti bahalaşıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 1,82 ABŞ dolları və ya 1,62 % artaraq 114,14 ABŞ dolları təşkil edib.

Məlumata görə, hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 111,71 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 1,85 ABŞ dolları və ya 1,68 % artaraq 111,82 ABŞ dollarına yüksəlib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Azərbaycanda bu markadan olan neft Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 31,65 % təşkil edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.