
ABŞ və İran arasında sülh danışıqlarının taleyi ilə bağlı yaranan qeyri-müəyyənlik neft qiymətlərinə təsirini göstərir. Bazarlarda hələ də dəqiq bir istiqamət görünmür: Tehranın vasitəçilər vasitəsilə ABŞ-a mesaj göndərməyi dayandırdığına dair xəbərlər və rəsmi Vaşinqtondan gələn ziddiyyətli bəyanatlar investorları gözləmə mövqeyinə keçməyə vadar edir.
Hormuz boğazının bağlı qalması və Yaxın Şərqdəki gərginlik fonunda həm Brent, həm də WTI markalı neftin qiymətlərində cüzi eniş müşahidə olunur. Bazarın gözü indi danışıqların gələcək taleyində və ABŞ-İran arasında yaşanan yeni qarşıdurmalardadır.




